Əbu-Dabi Qran-Prisinin yarış proqramı açıqlanıb

2017 Formula 1 mövsümünün son yarışı olan Əbu-Dabi Qran-Prisinin yarış proqramı açıqlanıb. SİA-nın yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu gün (24 noyabr) komandalar ancaq məşq xarakteri daşıyan sərbəst yürüşlər həyata keçirəcəklər. Günün ilk sərbəst yürüşləri saat 12:00-dan 13:30-dək davam edəcək. İkinici sərbəst yürüşlər isə saat 16:00-da başlayacaq və 17:30-da sona çatacaq.

Sabah (25 Noyabr) saat 13:00-da növbəti sərbət yürüşlər başlayacaq və 1 saat davam edəcək.

Günün ikinci yarısında sıralama turları keçiriləcək. Saat 16:00-da start götürəcək sıralama turlarından sonra əsas yarışda pilotların düzülüşü müəyyənləşəcək.

Mövsümün son yarışı noyabrın 26-da baş tutacaq. Əsas yarış saat 16:00-da başlayacaq.

Elgün Vidadioğlu

Əbu-Dabi

Bütün xəbərlər Facebook səhifəmizdə