Əbu-Dabi: F1 mövsümünün son Qran Prisindən öncə - FOTOLAR

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı (BƏƏ) Əbu-Dabi həftəsonu (24-26) burada keçiriləcək Formula 1 mövsümünün son Qran Prisinə hazırlaşır. SİA-nın yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Yas Marina trekində baş tutacaq mübarizəyə tamaşa etmək üçün şəhərə çoxlu sayda F1 azarkeşləri gəlib.

Qeyd edək ki, hazırda Əbu-Dabidə 1,2 milyon insan yaşayır. Bura yeddi əmirlikdən ibarət olan ölkənin ən çox insan yaşayan ikinci şəhəri sayılır. Şəhər əsasən hündürmərtəbəli yaşayış, iş plazaları, iki mərtəbə evlər və səhralardan ibarətdir. Yaşamaq üçün insanlar əsasən hündürmərtəbəli binalar və ən isti havada belə sərin olan ikimərtəbə evləri seçirlər.

Hazırda şəhərdəki otellərdə yer tapmaq mümkün deyil. Yarışla bağlı komandalar, F1 əməkdaşları və turistlər üçün müxtəlif tədbirlər keçirilir. Şəhərdə xidmət sahəsində müxtəlif ölkələrdən olan insanlar çalışırlar və qonaqların razı qalması üçün köməkliklərini əsirgəmirlər.

Elgün Vidadioğlu

Əbu-Dabi

Şəhərdən və F1 trekindən fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə