F1 üzrə dünya çempionatının son yarışında hava şəraiti

Xəbər verdiyimiz kimi, bu həftəsonu (24-26 noyabr) Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) paytaxtı Əbu-Dabidə 2017 Formula 1 dünya çempionatının son yarışı keçiriləcək. SİA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hazırda yarışın keçiriləcəyi şəhərdə isti hava şəraiti hökm sürür. Belə ki, temperatur +27 dərəcədir.

Sinoptiklər bütün həftəsonunun da isti keçəcəyini bildirirlər. Havanın +29 dərəcəyədək isti olacağı gözlənilir. Əsas yarışın keçiriləcəyi gün isə havanın istiliyi bir neçə dərəcə aşağı enə bilər. Yarış ərzində yağış gözlənilmir.

Qeyd edək ki, yarış ərzində küləyin istiqaməti bir neçə dəfə dəyişəcək. Ancaq hava mülayim olduğundan bu, yarış iştirakçılarına mane olmayacaq.

Elgün Vidadioğlu

Əbu-Dabi

Bütün xəbərlər Facebook səhifəmizdə