Robinyo zorlamaya görə 9 il həbs olundu

Braziliya yığması və "Milan" klubunun sabiq futbolçusu Robinyo qrup şəklində zorlamada iştiraka görə 9 il müddətinə azadlıqdan məhrum edilib. Report xəbər verir ki, hadisə 22 yanvar 2013-cü il tarixində Milan şəhərində baş verib. Dünən Milan məhkəməsi 33 yaşlı futbolçunu və daha 5 nəfəri 22 yaşlı alban qızı qrup şəklində zorlamada müqəssir bilib.

Robinyo ötən ildən Braziliyanın "Atletiko Mineyro" klubunda çıxış edir. O, bu komandaya Çinin "Quançjou Everqrand" komandasından keçib. Robinyo 2010-2015-ci illərdə "Milan"ın forvardı olub. Futbolçu karyerası ərzində "Santos", Madrid "Real"ı və "Mançester Siti"də çıxış etməyə də macal tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə