16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təşkil olunmuş beynəlxalq turnirdə - “Mercedes Benz” Egey kubokunda bu gün üçüncü oyununu keçirib. Qol.az-ın məlumatına görə, komandamız Türkiyə ilə qarşılaşıb və 0:6 hesabı ilə uduzub.

Qeyd edək ki, millimiz bundan əvvəl Albaniyaya 1:0 hesabı ilə qalib gəlib, Kosovoya 0:2 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə