“Hakimdən “Qarabağ”a qarşı ağılsız qərar” “The Sun” qəzeti

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” - “Çelsi” oyununda hakimin mübahisəli qərarları haqda İngiltərə mətbuatı da yazıb. Məlumata görə, məşhur “The Sun” qəzeti matçın baş hakiminin "Qarabağ"ın qapısına penalti təyin etməsini və Rəşad Sadıqova göstərdiyi qırmızı vərəqəni ağılsız qərar kimi qiymətləndirib.

Yazıda qeyd olunur ki, görüşün portuqaliyalı baş hakimi Manuel De Souzanın bu qərarı hətta “Çelsi” azarkeşlərini də təəccübləndirib. Onlar Tvitter vasitəsilə hakimin qərarını pisləyiblər və bu cür köməyə ehtiyaclarının olmadığını bildiriblər.

Qeyd edək ki, görüşün baş hakimi matçın 19-cu dəqiqəsində Rəşad Sadıqovun cərimə meydançasında rəqiblə mübarizəsini qayda pozuntusu kimi qiymətləndirərək ona qırmızı vərəqə görtərib, “Qarabağ”ın qapısına isə penalti təyin edib. Zərbəni dəqiq yerinə yetirən “Çelsi” təmsilçimizin say azlığından yararalanaraq daha 3 qol vuraraq 4:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə