“Qarabağ”ın çox təhlükəli hücumçuları var”

"Qarabağ”la matça düzgün köklənmişik. Düzdür, bizə qarşı ilk oyunda böyük hesabla uduzdular. Nəzərə almaq lazımdır ki, bu, “Qarabağ”ın ilk oyunu idi. Sonrakı görüşlərdə yaxşı təsir bağışladılar”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Çelsi”nin qapıçısı Tibo Kurtua Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Belçikalı qolkiper matçın asan olmayacağını bildirib: "Uçuşumuz uzun oldu. Lakin əhvalımızı yaxşı tutmağa çalışırıq. Bugünkü məşq normal keçdi. Sabahkı oyuna tam hazırıq. Favorit də bizik. Bu qələbə bizə növbəti mərhələyə vəsiqəni təmin edəcək. Ancaq “Qarabağ” “Atletiko”ya çətin anlar yaşadıb. Bu da işimizin çətin olacağından xəbər verir. Sabah erkən qol vurmağa çalışacağıq. Bunun üçün ilk dəqiqələrdən pressinq edəcəyik.

T.Kurtua “Qarabağ”ın təhlükəli hücumçularının olduğunu əlavə edib:“Qarabağ” bu turnirdəki ilk matçında “Çelsi” ilə qarşılaşmışdı. “Çelsi” isə İngiltərə çempionu kimi bu turnirə qatılmışdı. Amma sonra komandanın oyunlarında taktiki cəhətdən fərqli məqamlar hiss olundu. Çox təhlükəli hücumçuları var. Onlar topu bizə verib, əks-hücumdan maksimum yararlanmağa çalışacaqlar. Sabah diqqətli oynaya bilsək, “Mançester Yunayted” və “Vest Bromviç”lə matçdakı kimi qələbə qazanacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə