“Çelsi” “Qarabağ”la oyun öncəsi sonuncu məşqinə çıxıb - FOTOLAR

Noyabrın 21-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində “Qarabağ” ilə qarşılaşma üçün ölkəmizdə olan “Çelsi” klubu oyundan əvvəl sonuncu məşqinə çıxıb. SİA-nın məlumatına görə, Antonio Kontenin yetirmələri “Baksell Arena”da isinmə hərəkətləri və topla məşqlər ediblər.

Qeyd edək ki, noyabrın 22-də “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda Bakı Olimpiya Stadionunda “Çelsi”ni qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə