Arda Turan "Barselona"dan ayrılmaq istədiyini açıqladı!

"Barselona"nın futbolçusu Arda Turan Kataloniya klubundan ayrılmağa qərar verib. Qol.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçi klubun idman direktoru Pepe Segura ilə görüşüb və "Barsa"dan ayrılmaq istədiyini bildirib.

P.Seguranın Ardanın bu qərarına hörmətlə yanaşdığını söyləyib. Qeyd edək ki, Arda ilə "Qalatasaray", "Arsenal"ın maraqlandığı iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə