Yığmamız ilk oyunda qələbə qazanıb

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təşkil olunmuş beynəlxalq turnirdə (“2017 MERCEDES BENZ AEGEAN CUP INTERNATIONAL YOUTH TOURNAMENT”) bu gün ilk oyununu keçirib. SİA-nın məlumatına görə, Albaniya komandası ilə qarşılaşan yığmamız Bəhruz Tanriverdiyevin vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.

Futbolçularımız turnirdə növbəti oyununu noyabrın 21-də Kosovo komandasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə