Ədliyyənin tabe qurumlarında tədbirlər keçirilir

22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə penitensiar xidmətin tabe qurumlarında tədbirlər keçirilir. SİA-nın verdiyi məlumata görə, növbəti tədbir Bakı şəhərinin Xəzər rayonunda yerləşən penitensiar müəssisələrin kollektivlərindən ibarət komandalar arasında təşkil olunan futbol turniri olub.

20.11.2017-ci il tarixdə 3 saylı İstintaq təcridaxanasının, İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin və 7 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin komandalarının iştirakı ilə Şağan İdman Olimpiya Kompleksində keçirilən turnirdə 3 saylı İstintaq təcridxanasının komandası qalib olub.

Qaliblərə xidmət rəhbərliyi tərəfindən kubok təqdim olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə