İtaliya Futbol Federasiyasının prezidenti istefa verəcək

İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio postunu tərk edəcək. SİA-nın məlumatına görə, 74 yaşlı funksionerin istefasından sonra federasiyaya yeni prezident seçkiləri 2018-ci ildə keçiriləcək.

Xatırladaq ki, İtaliya millisi 60 ildən sonra dünya çempionatından kənarda qalıb. Bundan sonra 2014-cü ildən federasiya prezidenti kimi çalışan Tavekkio daxil olmaqla ölkə futboluna məsul şəxslər tənqid atəşinə tutulmağa başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə