Tiaqo Silva: "Koutinyo tezliklə bizimlə birgə olacaq"

PSJ-nin kapitanı Tiaqo Silva “Liverpul”un yarımmüdafiəçisi Filipp Koutinyonu Fransa paytaxtında görmək istəyir. SİA-nın məlumatına görə, braziliyalı müdafiəçi həmyerlisinin PSJ-yə mümkün keçidi barədə danışıb: “Filippe ilə xeyli söhbət etdik. İnanıram ki, mövsümün sonunda, yaxud daha tez o, PSJ-yə keçəcək. Bu, xoş sürpriz olardı. Koutinyo təkliflər barədə yaxşıca düşünəcək və tezliklə bizimlə birgə olacaq. O, düzgün qərar qəbul etməlidir”.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçini “Barselona” yaydan transfer etmək istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə