“Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. SİA xəbər verir ki, yarışın sonuncu günündə 119 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparıb.

Birincilikdə 73, 81, 90 kiloqram və 90 kiloqramdan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşib. Hacıbala Cəbrayılov, İbrahim Ağakişiyev, Yaqub İsmayılzadə və Toğrul Salmanov ölkə birinciliyində son günün qalibi olublar.

Qeyd edək ki, cüdo üzrə Azərbaycan birinciliyində 565 idmançı mübarizə aparıb. Birinciliyin qalibləri və perspektivli cüdoçular yeniyetmələrdən ibarət milli komandanın heyətinə cəlb olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə