Uels millisinin baş məşqçisi vəzifəsindən ayrılıb

Kris Koulman Uels millisinin baş məşqçisi vəzifəsindən ayrılıb. SİA-nın məlumatına görə, bu barədə Uels Futbol Federasiyasının saytı məlumat yayıb.

Qeyd edək ki, K.Koulman 2012-ci ildən Uels yığmasını çalışdırırdı. Onun rəhbərlik etdiyi komanda DÇ-2018-ə vəsiqə qazana bilməyib.

Əlavə edək ki, K.Koulmanın "Sanderlend"i çalışdıracağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə