"Barselona" Qrizmann üçün 90 milyon avro ödəyəcək

"Barselona"nın Antoine Qrizmannı heyətinə qatacağı ilə bağlı iddialar güclənir. SİA-nın məlumatına görə, Fransa mediası artıq transferin dəyərini də açıqlayıb. İddia olunur ki, "Barselona" fransız ulduz üçün "Atletiko"ya 90 milyon avro ödəyəcək. Transfer 2017/18 mövsümü başa çatandan sonra reallaşacaq.

"Barselona"nın baş məşqçisi Ernesto Valverde transferlə bağlı açıqlama verib. Mütəxəssis xəbəri təkzib etməyib: "Qrizmann əla futbolçudur. Adı "Barselona" ilə yanaşı çəkilən hər futbolçu əladır. Mən komandadakı futbolçulardan razıyam. Gələcəkdə nələr olacağı barədə indidən danışmayaq".

Bütün xəbərlər Facebook səhifəmizdə