Burzako Messiylə bağlı şok iddia ilə çıxış edib

Argentinalı idman şərhçisi, 2015-ci ildə Amerika Kubokunun yayım hüquqları üçün rüşvət vermək ittihamı ilə Federal Təhqiqat Bürosu tərəfindən həbs olunan Alejandro Burzako "Barselona"nın futbolçusu Lionel Messiylə bağlı şok iddia ilə çıxış edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Burzako bu günlərdə Nyu Yorkda məhkəmə qarşısına çıxıb. O, məhkəmədəki ifadəsində Messi və Argentina millisi ilə bağlı danışıb.

"Messi Argentina millisi ilə yoldaşlıq oyunlarına çıxmaq üçün hər matça görə 200 min avro alır. Başqa bəzi argentinalı futbolçular da yoldaşlıq oyunları üçün pul alırlar",- deyə Burzako bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə