"Çelsi" yeni stadionuna 1 milyarddan çox vəsait xərcləyəcək

"Çelsi"nin yeni stadionu Avropada ən bahalı arena statusuna sahib çıxa bilər. SİA-nın məlumatına görə, "zadəganlar" Londonda 60 min nəfərlik idman qurğusunun inşasına 1 milyard funt sterlinqdən (1,11 milyard avro) çox vəsait sərf edəcəklər. Əvvəllər bu məbləğin smeta dəyərinin 500 - 550 milyon funt (560 milyon avro) olacağı bildirilirdi. Lakin yekun layihənin təsdiqlənməsindən sonra stadionun tikintisinin bir neçə dəfə baha başa gələcəyi müəyyənləşib. Hazırda ən bahalı arenalar ABŞ-da yerləşir. Bunlar Nyu-Cersidəki "Metlife Stadium" və Atlantadakı "Mersedes-Benz Stadium"dur. Hər iki arena amerikan futbolu üçün nəzərdə tutulub və 1,3 milyard avroya başa gəlib. Yeni stadionda ilk görüşün 2024-2025 mövsümündə təşkili nəzərdə tutulub.

Xatırladaq ki, "Çelsi" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. Bu komandalar noyabrın 22-də Bakıda üz-üzə gələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə