“Kəpəz” oyunöncəsi son məşqinə çıxıb

Bu gün Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində Gəncə şəhər stadionunda “Səbail”i qəbul edəcək “Kəpəz” dünən oyunun keçiriləcəyi arenada son məşqinə çıxıb. SİA xəbər verir ki, komandanın hazırlıq prosesi təxminən 45-50 dəqiqə çəkib. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan məşq toplu çalışmalarla davam edib. Məşqin son bölümündə futbolçular taktiki tapşırıqlar və standart vəziyyətlər üzərində işləyiblər.

Qeyd edək ki, soyuqdəyməsi olan Ceyhun Cavadov qarşıdakı matçda iştirak edə bilməyəcək. Azad Kərimovun meydana çıxması isə sual altındadır. Yüngül zədəsi olan müdafiəçinin oynayıb-oynamayacağına bu gün təkrar müayinədən sonra qərar veriləcək.

loading...