"Atletiko" səhmlərinin 15 faizini satıb

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Atletiko" səhmlərinin 15 faizini satıb. SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Səhmlərin 15 faizini Quantum Pacific Group” şirkətinin sahibi İdan Ofer alıb. İsrailli biznesmen bunun üçün 50 milyon avro ödəyib. Əldə olunan anlaşmaya görə, bu məbləğ “Atletiko”nun fonduna keçəcək və bütün digər hissədarlar bundan faydalana biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə