"Qarabağ"ın futbolçusu 2 oyunluq diskvalifikasiya edilib

UEFA Çempionlar Liqasının 4-cü turunda səfərdə “Atletiko” ilə matçda qırmızı vərəqə alaraq meydandan qovulan “Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrikenin cəzası müəyyənləşib. SİA-nın məlumatına görə, UEFA İntizam Komitəsi braziliyalı futbolçunu 2 oyunluq diskvalifikasiya edib. Bu o deməkdir ki, Pedro üçün Çempionlar Liqasının qrup mərhələsi başa çatıb.

Qeyd edək ki, Enrike ÇL-in 4-cü turunda Madriddə “Atletiko” ilə matçda rəqib müdafiəçi Dieqo Qodinə qarşı kobud oynamış və birbaşa qırmızı vərəqə almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə