"Neftçi" azarkeşlərə səsləndi - VİDEO

Topaz Premyer Liqasının 12-ci turunda “Qəbələ”ni qəbul edəcək “Neftçi” azarkeşlərini stadiona səsləyib. SİA-nın məlumatına görə, paytaxt təmsilçisinin klub televiziyası bununla bağlı maraqlı videoçarx hazırlayıb. Videoda “ağ-qaralar”ın bir neçə futbolçusu komandanın ev oyunlarını keçirdiyi 8-ci km qəsəbə stadionunda boş tribunalar önündə görüntülənib, eləcə də “Hamı stadiona” çağırışını edib.

Qeyd edək ki, oyun noyabrın 19-u, saat 17:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə