“Kəpəz” hazırlığın Bakı hissəsini başa vurub

Noyabrın 18-də Gəncədə “Səbail” ilə qarşılaşacaq “Kəpəz” qarşıdakı oyuna hazırlığın Bakı hissəsini başa vurub. SİA-nın məlumatına görə, komanda dünən keçirdiyi son məşqlə paytaxtdakı məşqləri tamamlayıb.

21 yaşadək futbolçulardan ibarət yığma komandanın tərkibində olmuş İlyas Səfərzadə ilə İlkin Sadıqov da dünəndən artıq düşərgəyə qoşulub. Hər iki futbolçu məşqlərdə iştirak edir.

Qeyd edək ki, “sarı-göylər” matç öncəsi sonuncu məşqi bu gün Gəncədə keçirəcək. Hazırlıq prosesi saat 16:00-a təyin olunub.

loading...