“Mançesterdəki gecə klublarını unuda bilmərəm”

Brazilyanın “Atletiko Miniero” klubunun futbolçusu Robinyo maraqlı açıqlama verib. Qol.az-ın məlumatına görə, İspaniya mətbuatına danışan 33 yaşlı hücumçu İngiltərənin gecə klublarını unuda bilmədiyini deyib: “Mançester şəhərini sevirəm. Həm futbol klubu – “Siti”ni, həm də restoranlarını. Oradakı gecə klublarını heç vaxt unuda bilmərəm”.

Qeyd edək ki, təcrübəli futbolçu 2008-2010 cu illərdə “Mançester Siti”də oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə