"Qarabağ" - "Çelsi": bütün biletlər satıldı

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyununa bütün biletlər satılıb. Bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri məlumat verib.

O bildirib ki, sözügedən matçda stadionun tam dolacağı gözlənilir: ""Çelsi"dən isə əvvəlcədən gözlənildiyi üçün 2500 deyil, 1500 azarkeş gələcəyi gözlənilir".

Qeyd edək ki, noyabrın 22-i Bakı Olimpiya stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Londondakı ilk matçda Ağdam klubu 0:6 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə