“Neftçi” futbolçusunu cəzalandırıb

“Neftçi” klubunun futbolçusu Elnur Cəfərov baş məşqçi Tərlan Əhmədovun təqdimatına əsasən əvəzedici komandaya göndərilib. SİA kluba istinadla xəbər verir ki, futbolçu, həmçinin komandanın kodeksinə uyğun olaraq cərimə olunub. Buna səbəb Elnur Cəfərovun U-21 milli komandasının heyətindəki çıxışı və sosial şəbəkələrdəki hərəkəti ilə milli komandanın və klubun ictimai nüfuzuna xələl gətirməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə