İngiltərə ilə İtaliya arasında yoldaşlıq oyunu keçiriləcək

Futbol üzrə İngiltərə və İtaliya yığma komandaları gələn il martın 27-də yoldaşlıq oyunu keçirəcəklər. SİA-nın məlumatına görə, görüş Londondakı məşhur “Uembli” stadionunda təşkil olunacaq.

Komandalar iyirmi altı dəfə üz-üzə gəliblər, 10 dəfə italyanlar, 8 dəfə isə ingilislər qələbəyə seviniblər. Səkkiz oyunda isə qalib müəyyənləşməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə