"Bavariya"nın futbolçusu Frank Riberi zədəsini sağaldıb. Alman klubunun rəsmi saytında yer alan xəbərə görə, fransalı yarımmüdafiəçi komanda ilə ümumi məşqlərə başlayıb. Ancaq o, Bundesliqanın növbəti turunda "Auqsburq"a qarşı matçda oynamayacaq. Riberinin digər turlarda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, F.Riberi oktyabrın 1-i "Herta" ilə oyunda zədələnmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə