Alpaqut üzrə dünya kubokunda 300-dən çox idmançı iştirak edəcək

Noyabrın 24-26-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə dünya kuboku yarışları keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycan Alpaqut Federasiyasından bildirilib ki, yarış Gənclər və İdman Nazirliyi, Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi, Dünya və Azərbaycan Alpaqut federasiyaları tərəfindən təşkil edilir.

Dünya kubokunda Azərbaycan, Türkiyə, Almaniya, Qazaxıstan, Türkmənistan, İran, Qırğızıstan, Gürcüstan, Rusiya, Macarıstan, Nepal, Hindistan, Banqladeş Pakistan və Ukraynadan, ümumilikdə 300-dən çox idmançı iştirak edəcək.

Yarış alpaqutun aypara, batur, caymaz və gureş versiyaları üzrə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə