Tanrıya and içirəm, futbola daha güclü qayıdacağam - VİDEO

Avropa Liqasının qrup mərhələsində baş tutan "Gimaraynş" - "Marsel" (1:0) matçından əvvəl fransalı azarkeşə ayaqla zərbə endirən Patris Evra klubdan qovuldu. UEFA isə təcrübəli müdafiəçini mövsümün sonuna kimi futboldan kənarlaşdırdı. Buna baxmayaraq 36 yaşlı futbolçu karyerasnı başa vurmaq fikrində deyil. SİA-nın məlumatına görə, Evra "İnstagram" hesabında fiziki məşqlərindən videogörüntü yerləşdirərək bu sözləri yazıb: "Bəzən həyat, həqiqətən, çətin olur. Amma həmişə gülümsəyib bu oyunu sevmək lazımdır. Tanrıya and içirəm, futbola daha güclü qayıdacağam. Hər zaman pozitiv olun. Tənbəllik etməyin. İndi sizin nə etdiyinizi bilmirəm. Mən maşın dartıram ki, fiziki baxımdan daha yaxşı olum. Mən gəlirəm, uşaqlar. Bu oyunu sevirəm!"

Bütün xəbərlər Facebook səhifəmizdə