Teves sabiq komandasına qayıda bilər

Karlos Tevesin işləri Çində qaydasında getmir. "Şanxay Şenhua"da llik təxminən 42 milyon dollar qazanan argentinalı hücumçu qışda komandadan ayrılmaq fikrindədir. SİA-nın məlumatına görə, Teves sabiq komandası "Boka Xuniors"a qayıda bilər. Bu barədə Argentina mətbuatı məlumat yayıb. Bildirilir ki, klubun prezidenti Daniel Anxeliçi Teveslə görüşmək üçün Çinə yollanacaq. Danışıqlardan sonra bu keçidin baş tutub-tutmayacağı dəqiqləşəcək.

Qeyd edək ki, Teves ötən ilin dekabrında "Boka Xuniors"dan "Şanxay Şenhua"ya keçmişdi. 33 yaşlı forvard bu müddət ərzində cəmi 4 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə