De Rossi İsveçlə oyuna çıxmaqdan imtina edib - VIDEO

İtaliya millisinin futbolçusu Daniele De Rossi İsveç yığması ilə 2018-ci il dünya çempionatının pley-off mərhələsinin cavab oyununda meydana çıxmaqdan imtina edib. SİA-nın məlumatına görə, matçın ikinci hissəsində Venturanın köməkçilərindən biri 34 yaşlı yarımmüdafiəçiyə yaxınlaşıb və əvəzetməyə hazırlaşmasını istəyib. De Rossi isə ilk görüşdə 0:1 hesabı ilə uduzduqları üçün meydana hücumçu buraxmağı daha düzgün hesab etdiyini bildirib: “Lənət şeytana, niyə mən çıxmalıyam? Bizə müdafiə olunmaq yox, qələbə lazımdır! İnsinyeni buraxın”.

Bütün xəbərlər Facebook səhifəmizdə