“Everton”un baş məşqçisi istefaya göndərilib

“Everton” baş məşqçisi Ronald Kumanı istefaya göndərib. Bu haqda klubun rəsmi Tvitter səhifəsi məlumat yayıb.

54 yaşlı hollandiyalı mütəxəssis 2016-cı ildən “Everton”da baş məşqçilik edirdi. Ötən mövsüm klub İngiltərə Premyer Liqasında 7-ci yeri tutub. Bu mövsüm isə transferlərə yaxşı pul xərclənməyinə baxmayaraq, komanda turnir cədvəlində təhlükəli zonada – 18-ci yerdə (20 komanda arasında) qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə