Mevlut Tezel Azərbaycan xalqından üzr istəyib - FOTO

Türkiyənin "Sabah" qəzetinin köşə yazarı Mevlut Tezel "Qarabağ" plakatı qaldırıb. SİA-nın məlumatına görə, bir neçə gün öncə "Qarabağ" azarkeşlərinin stadionda qaldırdığı plakata "dünyanın ən əzik xareoqrafiyası" adı verən jurnalist geri addım atıb.

O ilk olaraq Azərbaycan xalqından üzr istəyib və yanlış anlaşıldığını deyib.

Yazar bu gün isə qəzetin redaksiyasında "Qarabağ" yazılan plakatı qaldırıb və komandamıza uğurlar arzulayıb. //Azxeber.com

Bütün xəbərlər Facebook səhifəmizdə