Qriqorçuk: "Meydanda çox yaxşı görünürdük"

Topaz Premyer Liqasının IX turunun son qarşılaşmasında “Qarabağ” üzərində qələbədən (1:0) sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib.

- Ancaq müsbət, xoş şərh verə bilərəm. Meydanda çox yaxşı görünürdük. Çox, lap çox məmnunam.

- İlk yarıda pressinq tətbiq edib şox təsir bağışlayan “Qəbələ” fasilədən sonra bunu etmədi. Səbəb nə idi?

- Zənnimcə, bu, psixoloji problemlə bağlıdı. Futbolçular buna hazır olmalıdılar. Nəticə bizi qane edəndə daha çox hücum etməliyik. Bunun üzərində çalışmalıyıq.

- İki gün əvvəl verdiyiniz müsahibədə futbolçularınızın “Qarabağ”a qarşı matçda daha yüksək motivasiyalı olmasını istədiyinizi bildirmişdiniz. Bu motivasiyanı gördünüzmü?

- Gəlin ötən turdakı “Sumqayıt”la oyunu da xatırlayaq. Fantastik əzmkarlıq görmüşdüm. İndi isə həm əzmkarlıq, həm yüksək motivasiya, həm də daha keyfiyyətli futbol vardı.

- İlqar Qurbanovla Filip Ozobiçin durumu nə yerdədi?

- Çox ciddi zədə almışdılar. Sınıq qısa müddətə bərpa olmur. Ancaq təcrübəli və istəkli oyunçu olduqları üçün inanıram ki, tezliklə sıramıza dönəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə