Yuri Syomin Azərbaycan futbolu barəsində danışdı

“Qrupdakı iki məğlubiyyət qaçılmaz idi. Əsas odur ki, onlar düz istiqamətdədirlər. “Qarabağ” və “Qəbələ” bütün Azərbaycan futbolunu irəli aparır”. Qol.az-ın xəbərinə görə, bu sözləri Moskvanın “Lokomotiv” komandasının baş məşqçisi Yuri Syomin “Qarabağ”ın Çempionlar Liqasıdakı çıxışını “Moksva-Baku” jurnalına şərh edərkən deyib.

O qeyd edib ki, bu iki klub uşaq və yeniyetmə futboluna, infrastruktura ciddi fikir verir: “Ölkədə futbolun bütün ağırlığı məhz bu iki klubun çiynindədir. O ki qaldı “Qarabağ”ın Avropanın nəhəng klublarına məğlubiyyətinə, hamı uduzur. Hələlik onlar heyətində dünyanın ən güclü futbolçuları olan klublarla rəqabət aparmaq gücündə deyillər (müsahibə “Atletiko” ilə Bakıdakı oyundan əvvəl götürülüb – red.). “Qarabağ”ın Çempionlar Liqasının qrupunda oynaması böyük uğurdur”.

Qurban Qurbanov haqda

Yuri Syomin həmkarı Qurban Qurbanov barədə də danışıb: “Klubun rəhbərliyi sağ olsun ki, bu məşqçiyə həmişə tam dəstək olur və inanır. O, çox perspektivli məşqçidir. Müasir futbolu yaxşı görür, başa düşür, görün, “Qarabağ”ı hansı səviyyəyə çıxarıb. Yeri gəlmişkən, mən onunla yaxşı tanışam. Biz tez-tez danışırıq. “Kopenhagen”lə oyundan sonra ona zəng vurdum. Biz Azərbaycan çempionatında bir-birimizə xoş rəqib olmuşuq. Çünki Qurban yaxşı insandır, yüksək səviyyəli peşəkardır. Hansı ki, onun yaratdığı komanda Azərbaycan futbolunu yaxşı səviyyədə təmsil edir”.

Y.Syomin Qurban Qurbanovla etdiyi söhbət haqda danışmayıb: “Qoy bu peşəkar səhbət ikimizin arasında qalsın”.“Qəbələ”nin sabiq çalışdırıcısı deyib ki, Qurban Qurbanov öz üzərində çox çalışır, çox işləyir. Buna görə də məşqçi kimi uğurlara nail olur.

Bütün xəbərlər Facebook səhifəmizdə