İngiltərə millisinin qapıçısı qarət olunub

İngiltərə millisinin və "Vest Hem” klubunun qapıçısı Co Hart qarət olunub. Qol.az-ın "The Sun”a istinadən yaydığı xəbərə görə, hadisə Londonda, "Vest Hem”in təlim-məşq bazasının yaxınlığında baş verib.

Co Hart avtomobilinə əyləşərkən qarətçilər ona yaxınlaşaraq silahla təhdid edərək futbolçunun tefonunu, pul qabını və saatını alıblar. Qeyd edək ki, iki ay əvvəl J.Hartın dəyəri 100 min funt sterlinq olan avtomobili oğurlanıb.

loading...