"Neftçi"yə məğlubiyyəti unutdurmaq istəyirdik"

"Bu gün çox yaxşı oynadıq və qələbə qazandıq. Bundan əvvəlki turda "Neftçi"yə böyük hesabla uduzmuşduq. Həmin məğlubiyyəti unutdurmaq istəyirdik. Ona görə də bu gün meydanın hər qarışı uğrunda mübarizə apardıq".

Qol.az-ın məlumatına görə, bu sözləri "Səbail"in müdafiəçisi Maudo Jarjue Topaz Premyer Liqanın 9-cu turunda "İnter"ə qalib gəldikləri oyunu (1:0) şərh edərkən deyib. O, matçın sonlarında komanda yoldaşı Eltun Yaqublu ilə aralarındakı mübahisəyə də aydınlıq gətirib: "Əslində aramızda elə də böyük bir şey baş vermədi. Matçın sonları idi, qələbə qazanmaq istəyirdik. Hamı gərgin idi. Bu səbəbdən aramızda kiçik problem oldu. Artıq hər şey qaydasındadır. Biz öz aramızda problemi həll etdik".

M.Jarjue komandasının bu mövsümkü çıxışını da dəyərləndirib: "Gənc komandayıq. Hər oyundan sonra bir az təcrübə toplayırıq. Vaxt keçdikcə daha yaxşı çıxış edəcəyik".

loading...