Avroliqada həftənin ən yaxşı futbolçusunun adı açıqlandı

UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusunun adını elan edib. Qurumun saytında yer alan xəbərə görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, Rumıniyanın “Styaua” klubunun üzvü Harlem Nyoer birinci olub. O, səslərin 64 faizini toplayıb. “Zenit”in futbolçusu Emiliano Riqoni 2-ci, AEK-in qapıçısı Yannis Anestis isə 3-cü olub. Qeyd edək ki, Harlem Nyoer qrup mərhələsinin 3-cü turunda “Hapoel”lə oyunda (2:1) dubl edib.

loading...