Bakıda "Atletiko" - "Qarabağ" oyununun biletləri satışa çıxarılıb

Azərbaycanlı azarkeşlər “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə keçirəcəyi səfər oyununu canlı izləyə bilərlər. SİA-nın məlumatına görə, matçı stadiondan izləmək istəyən azarkeşlər oyunun biletlərini “Qarabağ”ın bazasından ala bilərlər. Biletləri saat 10:00-dan 18:00-a qədər əldə etmək mümkündür. Ödənişlər yalnız avro ilə həyata keçirilir. Bir biletin qiyməti isə 30 avrodur.

Qeyd edək ki, “Atletiko” - “Qarabağ” matçı oktyabrın 31-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə