Azərbaycanlı şahmatçı Fransada keçiriləcək turnirdə iştirak edəcək

Oktyabrın 21-də Fransanın Bastiya şəhərində 21-ci “Corsican Circuit” beynəlxalq şahmat turniri keçiriləcək. SİA xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycanı qrossmeyster Namiq Quliyev təmsil edəcək.

Əvvəlcə 81 şahmatçının, o cümlədən 9 qrossmeysterin iştirakı ilə “Open Oscaro” keçiriləcək. Turnir İsveçrə sistemi üzrə təşkil ediləcək və 9 turdan ibarət olacaq. Onun yekunlarına əsasən rapid üzrə “Corsica Masters” turnirinin 16 iştirakçısı müəyyən ediləcək. “Corsica Masters” oktyabrın 29-da Ayaçço şəhərində baş tutacaq.

Beynəlxalq şahmat turnirinin reytinq-favoritləri amerikalı Qata Kamski, rusiyalı Aleksey Dreyev və ukraynalı Vladimir Onişşukdur.

loading...