Azərbaycanın UEFA reytinqində mövqeyində dəyişiklik olmayıb

Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb. SİA-nın məlumatına görə, dünən keçirilən matçlardan sonra Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. 22-ci pillədə qərarlaşan Azərbaycanın 18.875 xalı var. Əvəzində izləyicilərimiz olan İsveç, Bolqarıstan və Belarus ölkəmizə bir az da yaxınlaşıb.

Qeyd edək ki, Azərbaycan cari mövsümdə 4,125 xal qazanıb. Bunun 2,375-i “Qarabağ”, 0.750-i “İnter”, 0.625-i “Zirə”, 0.375-i isə “Qəbələ”nin hesabına qazanılıb. Ölkəmizdən 1 pillə irəlidə olan Rumıniyanın 19.850 xalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə