İvitsa Oliç Xorvatiya millisinin məşqçilər korpusunda

“Bavariya”nın sabiq hücumçusu İvitsa Oliç futbol üzrə Xorvatiya millisinin baş məşqçisinin assistenti təyin olunub. SİA-nın məlumatına görə, Xorvatiya millisində 104 oyun keçirmiş 38 yaşlı eks-forvard Zlatko Daliçin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.

Oliç futbolçu karyerasını cari ilin iyununda başa vurduğunu açıqlayıb və onun sonuncu klubu “Münxen-1860” olub.

Qeyd edək ki, Xorvatiya millisi dünya çempionatının pley-off mərhələsi çərçivəsində noyabrda Yunanıstan yığması ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə