Lyuis Həmilton: “ABŞ Qran-Prisində çempionluq barədə danışmaq axmaqlıqdır” - AÇIQLAMA

Cari mövsümdə Formula-1 çempionatında “Ferrari” komandası son 3 yarışda qalib gələ biləcək potensialda olmasına baxmayaraq, maşında olan problemlər və qəza səbəbindən önəmli xallar itirib və “Mercedes”in pilotu Lyuis Həmilton çempionatın lideri olan Sebastyan Fetteldən (“Ferrari”) 59 xal önə keçib.

SİA-nın məlumatına görə, L.Həmilton bu həftə sonu ABŞ-da keçiriləcək Qran-Pridə onun 4-cü dəfə dünya çempionu ola biləcəyi barədə danışmağın axmaqlıq olduğunu qeyd edib: “Sebastyan bu ilki bütün yarışlarda sürətli idi. Bəzi texniki problemlər yaşandı. Ancaq maşınları hər zaman olduğu qədər yaxşı vəziyyətdədir. “Ferrari” bu həftə sonu və qarşıdakı 4 yarışda da güclü olacaq. Buna görə dəyişən heç nə yoxdur. Rahatlaşmaq mənasızdır, mücadiləyə davam etməliyəm. Düzünü deyim ki, sonda çempion olacağımız təqdirdə, bunun burada və ya son yarışda olmasının mənim üçün fərqi yoxdur. ABŞ-dakı yarışda qalib gəlməyim önəmlidir”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə