Saul Niqes: "Səhvlərimizi düzəltməyə çalışacağıq" AÇIQLAMA

"Əvvəlcədən də bilirdik ki, "Qarabağ"a qalib gəlməsək, vəziyyətimiz pis olacaq. Bundan sonrakı hər 3 oyunda qələbə qazanmalıyıq". SİA-nın məlumatına görə, bu sözləri "Atletiko"nun futbolçusu Saul Niqes deyib.

O, Çempionlar Liqasının 3-cü turunda "Qarabağ"la matçdakı qolsuz heç-heçədən danışıb. Niqes onları daha çətin mərhələlər gözlədiyini bildirib: "Qarabağ"meydanda yaxşı işlər gördü. Amma biz də şanslarımızı boşa verdik. Bundan sonra itirmək şansımız yoxdur. Başqa variantımız mövcud deyil. Soyunma otağında olanları danışmaq olmaz. Bilmirəm ki, ən böyük problemimiz nədədir".

İspaniyalı oyunçu matçın 73-cü dəqiqəsində Dino Ndlovuya göstərilən qırmızı vərəqədən də danışıb: "Qırmızı vərəqə haqqında heç nə deyə bilməyəcəyəm. Amma o müddətdə fərqlənməli idik. Lakin bəzən qələbə qazanmaq istəyi komandaya mane olur. Çünki təzyiq yanlışlara yol açır. İlk yarının sonlarında daha yaxşı oynadıq. Böyük komandamız var. Səhvlərimizi düzəltməyə çalışacağıq".

loading...