“Sumqayıt” klubu hazırlıqlarını davam etdirir

Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Zirə” ilə qarşılaşacaq “Sumqayıt” klubu hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, Samir Abasovun komandası “Kapital Bank Arena”da növbəti məşqinə çıxıb. “Qəbələ” ilə qarşılaşmada zədələnən Vüqar Bəybalayev artıq hazırlıq prosesinə qatılıb.

Bundan başqa, əvəzedici heyətin 3 üzvü də komanda ilə birlikdə çalışıb. Məşqin əvvəlində toplu çalışmalara üstünlük verən “Sumqayıt” FK hazırlığı iki tərəfli oyunla yekunlaşdırıb.

Qeyd edək ki, “Sumqayıt” - “Zirə” qarşılaşması 21 oktyabr, saat 17:00-da keçiriləcək. Oyun “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə