"Beşiktaş"ın futbolçusu iki oyunluq cəzalandırılıb

Türkiyə Futbol Federasiyası "Beşiktaş"ın futbolçusu Rayan Babeli iki oyunluq cəzalandırıb. Qol.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, buna səbəb hollandiyalı hücumçusunun superliqanın son turunda "Gənclərbirliyi" ilə oyunda rəqib futbolçuya qarşı kobudluq etməsidir.

Babel "Beşiktaş"ın 1:2 hesabı ilə uduzduğu matçın 48-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə