Messi və Pike arasında mübahisə yaranıb

La Liqanın VIII turunda "Atletiko" ilə oyundan bir xalla ayrılan "Barselona"nın daxilində gərginlik yaranıb. SİA-nın məlumatına görə, matçdan sonra komandanın iki ulduzu üz-üzə gəlib.

Qarşılaşma bitəndən sonra Lionel Messi və Cerard Pike mübahisə edib. Hətta Messi komanda yoldaşının üstünə qışqırıb.

İddia olunur ki, Messi Pikeyə son dövrlər siyasi çıxışlarına görə əsəbiləşib və zəif oyununun son olaylarla bağlı olduğunu düşünür. Argentinalı ulduzun fikrincə, Pike Kataloniyadakı hadisələrə və siyasətə çox müdaxilə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə