Antuan Qrizmann: "Bu vəziyyətdən çıxış yolu tapmalıyıq"

"Qarabağ"dan belə oyun gözləmirdik. Onlar bizə qarşı çox yaxşı mübarizə apardılar”. Qol.az-ın xəbərinə görə, bu sözləri "Atletiko"nun futbolçusu Antuan Qrizmann Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la Bakıda keçirilən oyundan sonra deyib.

Qolsuz başa çatan matçı dəyərləndirən fransalı hücumçu yaxşı vəziyyətdə olmadıqlarını bildirib: "Bizim üçün çox ağır vəziyyətdir. Qələbə qazanmaq istəsək də, alınmadı. Bu vəziyyətdən çıxış yolu tapmalıyıq. Bu gün xal itirdik və bundan sonrakı bütün oyunlarımızda qələbə qazanmalıyıq. Çempionlar Liqası ilə vidalaşdığımızı düşünmürəm. Amma bundan sonrakı bütün oyunlarda qələbə qazanmaq vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə