Azarkeşlər “Qarabağ” - “Atletiko" matçına axın edirlər - FOTOREPORTAJ

Bir neçə dəqiqədən sonra "Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsində Bakıda "Atletiko Madrid”lə qarşılaşacaq. SİA-nın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçiriləcək oyunu fransalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Ruddi Buke olacaq. Ona yan xətt hakimləri Giyom Debar və Frederik Kano kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bertran Juanno yerinə yetirəcək. Əlavə hakimlər Amori Deleru və Fransua Letesye olacaq.

Artıq komandalar stadionda isinmə hərəkətləri yerinə yetirirlər.

“Qarabağ” - “Atletiko Madrid” matçına təxminən 50 min bilet satılıb.

Azarkeşlər isə Bakı Olimpiya Stadionuna axın etməkdə davam edirlər. Aidiyyatı dövlət qurumları azarkeşlərin təhlükəsizliyi və rahat gediş-gəlişi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

Matç öncəsi hazırladığımız fotoreportajı təqdim edirik.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə